Bu gün xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhətinin növbəti dəfə ağırlaşdığı xəbəri yayılıb

Unikal.org bildirir ki, primetime.az məsələyə aydınlıq gətirmək üçün diktorun qızı Mehriban Ələsgərova ilə əlaqə saxlayıb.Atasının vəziyyətindən söz açan M.Ələsgərova bu sözləri deyib: 

"Səhərdən zəng edirlər. Soruşurlar ki, Sabir müəllim xəstəxanaya düşüb? Vəziyyəti ağırdır? Sizin vasitənizlə demək istəyirəm ki, atam hazırda evdədir. Vəziyyəti də, normaldır. Təbii ki, bir müddət əvvəl xəstə olub. Vaxtaşırı müayinəyə gedir. Çox güman ki, atam fikrini düzgün ifadə edə bilməyib. İnsanın canı ağrıyanda, nə dediyini, nə etdiyini bilmir. O ki, olsun yaşlı, xəstə insan. Şükür Allaha yaxşıdır. Sadəcə, gözü şişib. Bu da sinirlərlə əlaqədardır. Həkimlərin müalicəsi davam edir. Müalicə ev şəraitində aparılır."