Image result for "Bakı Şəhəri üzrə Təhsil İdarəsi ödənişə zəmanət verməyincə orta məktəblərə mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi mümkün olmayacaq.

Bunu Unikal.org-a "Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev açıqlamasında bildirib. O qeyd edib ki, Təhsil Nazirliyi bu il havaların tez soyuması ilə əlaqədar orta məktəblərin vaxtından əvvəl istiliklə təmin edilməsi üçün "Azəristiliktəchizat" ASC-yə də müraciət etməyib: "Əksinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu müraciəti ünvanlayıb. Biz də cavab vermişik ki, ödənişə zəmanət verildiyi halda bu məsələyə baxıla bilər. Hazırda isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Azəristiliktəchizat arasında 5 aylıq- noyabrın 15-dən aprelin 15-nə kimi müqavilə mövcuddur.

Müddətdən əvvəl verilən istilik enerjisinin dəyəri ödənilməlidir ki, biz də aldığımız qazın, suyun dəyərini ödəyə bilək. Bu cür qurumlar büdcə təşkilatları sayılır. Büdcədə də ödəniş məbləği 5 ay nəzərdə tutulub. Ona görə də orta məktəblərə müddətdən əvvəl veriləcək istiliyə görə ödəniş təminatı olmalıdır.

R.Əliyev deyib ki, indiyədək maliyyə məsələsi həll edilmədiyi üçün Bakı şəhər orta məktəblərə istiliyin verilməsi mümükün olmayıb. Yalnız internat məktəblərinin rəhbərləri tərəfindən müraciət edilib və ödənişə zəmanət verildiyi üçün istilikləilə təmin olunublar. Bura xəstəxanalar, doğum evləri, uşaq baxçaları daxildir.

Amid