Skeptik yanaşılan layihənin reallaşması hamını təəccübləndirib.

Unikal.org xəbər verir ki, Hoverboard-lar artıq həyatımızın bir parçasına çevrilməyi bacarıb. Baxmayaraq ki, hoverboard son illərin məhsuludur - insanın yeni məhsullara öyrəşmə bacarığı da çox sürətli olmağa başladığı üçün, necə deyərlər - buna da öyrəşdik. İndi isə növbədə flyboard-dır. İlk təqdimat videosundan sonra bir çox insanın şübhəylə yanaşdığı layihə əslində reallaşmağa çox yaxın imiş.

Yaradıcısı Franky Zapata artıq bir neçə sınaq uçuşları da həyata keçirib. Bütün dünyanın marağına səbəb olan bu cihaz insanın əzəldən bəri arzusu olan uçmağı reallığa çevirməyə çox yaxındır.