"Periscope" sosial şəbəkəsində cinsi əlaqəsini canlı yayımlayan şəxs həbs edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, canlı yayım sentyabrın 5-də həyata keçirilib. Hadisə Türkiyədə baş verib. İzləyicilər həmin gəncin cinsi əlaqədə olduğu qızın yatmış vəziyyətdə olduğunu gördükdə polisə xəbər ediblər.
Həmin görüntüləri polisə sosial şəbəkələrdə olan istifadəçilər təqdim edib. Görüntülər təqdim edildikdən sonra polis araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində "Periscope" sosial şəbəkəsində "Azeri" ləqəbi ilə qeydiyyatdan keçən gənc və onun dostu saxlanılıb.
Gənclərdən biri baş verənləri telefonla çəkməkdə günahlandırılır.
Qız isə oğlanlardan birinin əvvəllər onun sevgilisi olduğunu deyib:"Üçümüz birlikdə evə getdik. Çoxlu sipirtli içki almışdıq. İçdikdən sonra mən yatdım. Səhərə tezdən yarıçılpaq vəziyyətdə oyandım. Oğlanlara aramızda nəsə olub-olmaması barədə sual verdim. Onlarnəisə olduğunu dedilər. Daha sonra mən evdən çıxıb getdim. Oğlanların məni kameraya çəkdiyindən xəbərim olmayıb".
"Azəri" ləqəbli gənc isə qızı çoxlu izləyici toplamaq üçün telefonla çəkdiklərini deyib.