Yol polisinin elektron protokolu sürücünü təəccübləndirib. Belə ki, protokolda göstərilən maşın və dövlət nömrə nişanı ona məxsus deyil.

Hadisə bir neçə gün əvvəl Bakıda, sürücü Ülvi Daşdəmirlinin başına gəlib. Onun sözlərinə görə, radara düşməsi ilə bağlı mobil telefonuna SMS gəlib.Protokoldakı şəkildə 99-FO-661 dövlət nömrə nişanlı ''Mitsubishi" markalı avtomobil əks olunub. 

Fotodan belə aydın olur ki, həmin maşını ərazidə xidmət aparan patrul avtomobili "I-Patrul vasitəsilə çəkib.Cərimə məbləği böyük olmasa da sürücü ona ünvanlanan cəriməni ödəməkdən imtina etdiyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Kamran Əliyev bildirib ki, sözügedən məsələ texniki səhvdi: "Sistemdə texniki səhv aradan qaldırılıb və qayda pozuntusuna yol verdiyi üçün tərtib olunan protokol "Mitsubishi markalı avtomobilin sürücüsünə ünvanlanıb. Buna görə də, "BMWnin sürücüsü Ülvi Daşdəmirlinin narahat olmasına heç bir əsas yoxdur.

Unikal.org xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: