28 oktyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 391 milyard dollar təşkil edib.
Unikal.org "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, oktyabrın 21-də bu göstərici 391,3 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 300 mln. dollar azalıb.
Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.