Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.

BANM-dən Unikal.org-a bildirilib ki, Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq, Ali Məktəbdə qısa müddətdə görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. Elmar Qasımov BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.

Əbdülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.

Görüşdə, BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, BANM-in YÖK-lə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.