İspaniyanın "Real Madrid" futbol klubu Kriştianu Ronaldu ilə müqavilənin müddəti uzadılıb.

Unikal.org xəbər verir ki, yeni müqaviləyə əsasən Ronaldu 2021-ci ilədək "Real Madrid"də qalacaq.

Qeyd edək ki, hazırda 31 yaşlı hücumçu həftədə 410 min avro qazanır. O, komandanın ən yüksək ödənişli futbolçusudur.