Bərdə rayonunda bir neçə gün əvvəl ev şəraitində hazırlanmışpomidor turşusundan zəhərlənən azyaşlı ölüb.
Unikal.org report-a istinadən verdiyi məlumata görə, həkimlərin səylərinə baxmayaraq, 5 yaşlı Cahid Məmmədovun həyataını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 45 yaşlı Könül Məmmədova və 20 yaşlı Pərviz Məmmədovun vəziyyət ağırdır, digəriki nəfər -25 yaşlı Kəmalə Məmmədova və 8 aylıq övladı Cihan Məmmədov evə buraxılıblar.
Qeyd edək ki, noyabrın 1-dəBərdə rayonunun Xanərəb kəndində yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Kəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər.
Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.