İctimai İctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması barədə məlumat təsdiqini tapmayıb.
Unikal.org-a açıqlama verən İTV-nin baş direktorunun müavini Şaiq Məmmədov bildirib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bölgələrdəki ixtisarlarla, işdən getmələrlə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə ildə bir dəfə bölgə bürolarımızın texniki avadanlıqlarının yoxlanmasını həyata keçiririk. Son məsələ də bununla bağlıdır. Müvafiq yoxlamalardan sonra bütöv heyət artıq iş başındadır. Heç bir ixtisar, heç bir dəyişiklik olmayıb".
Qeyd edək ki, gun.az saytı İTV-nin regional bürolarının bağlandığı barədə xəbər yaymışdı.