Bakıda metro stansiyasından çölə çıxan şəxs döyülərək ağır xəsarət alıb.
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında baş verib.
1996-cı il təvəllüdlü Eyvazov Rüstəm Göyüş oğlu metrodan çıxarkən iki nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Onu küt alətlə döyərək cibindəki 1100 manat pulu aparıblar. Ağır xəsarət alan R.Eyvazov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.