Unikal.org xəbər verir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə azdır.
Ötən ilin yanvar-sentyabr ayları ərzində 58 min 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 min 527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövründə 12 min 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 min 567 akt tərtib edilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir.
Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil edib.