İsmayıllı rayonunda dəm qazından zəhərlənmə olub.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Mican kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Baba oğlu hamamda çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən tez xəbər tutaraq, evə həkim dəvət ediblər.

O. Cəfərova ilkin tibbi yardım göstərildikdən sonra o, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib, vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.