Gəncədə iki qadın döyülmə xəsarətləri ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, onlardan Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Tahirə Səyadovanın yaşadığı evdə həyat yoldaşının fiziki təzyiqinə məruz qaldığı bildirilib. Qeyd olunub ki, həyat yoldaşının döydüyü qadın qapalı kəllə beyin travması və digər xəsarətlər alıb.
Xəstəxanaya döyülmə əlamətləri ilə çatdırılan Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnarə Dünyamalıyevanı isə tanışının fiziki təzyiqinə məruz qaldığı deyilir. Şəhər Təcili Tibbi Yardım Xəstəxananın həyətində döyülən qadın ağır xəsarət alıb.
Faktlar üzrə araşdırma aparılır.