Bakının məhşur ticarət mərkəzində bədbəxt hadisə olub.

Unikal.org criminal.az-a istinadən xəbər verir ki, ''Gənclik Mall''da qapıdan keçmək istəyən qadın ağır xəsarət alıb. Qadının başı qapının arasında qalıb. Gözündən xəsarət alan qadına hadisə şahidləri köməklik ediblər. Yaxınlıqdakı kafeyə aparılan qadının gözündən gələn qanın qarşısı alınıb, ilkin tibbi yardım göstərilib.

Hadisə şahidləri deyir ki, ticarət mərkəzinin qapısı çox təhlükəlidir. Orada hər an insanlar xəsarət ala bilər.