İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Nişantaşında gecə klublarından birində başına gələnlərə aydınlıq gətirib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, iki həftə bundan öncə baş verən hadisədən sonra susan gənc qız indi açıqlama verərək, heç kimi döymədiyini bildirib.
Qeyd edək ki, gecə klublarından birində müğənni ilə tamaşaçı arasında dava düşdüyü barədə məlumat yayılıb. Məlumata əsasən, Çıtakla tanış olmaq istəyən içkili bir kişi ona yaxınlaşıb. Bir neçə dəfə xoşluqla onu geri döndərən Dilan, sonradan əsəbiləşərək əlindəki stəkanı həmin şəxsin üzünə çırpıb.