Məsələylə bağlı sabiq şöbə müdiri ilə əlaqə saxladıq. Bu barədə unikal.org-a açıqlama verən Elmira Şükürovə yazılanların əsassız və yalan olduğunu bildirdi: «Mən öz ərizəmlə Ağdam rayon təhsil şöbəsindən azad olunmuşam. Ümumiyyətlə, son beş ay ərzində Ağdam rayon ərazisində olmamışam. . Onu da qyed edim ki, Ağdam ərazisində hər hansı bir iğtişaş olmayıb və mən də görməmişəm. Hazırda Ağdam rayon rəhbərliyi il sakinlər arasında hər hansı bir narazılıq yoxdur. Onu da vurğulamaq istəyirəm ki, mənim hər hansı vəzifəyə gedəcəyim barədə yazılanlar da həqiqətə uyğun deyil. Çünki belə bir niyyətim yoxdur".