Müğənni Elçin Cəfərov "ATV maqazin onlarla" verilişində qalmaqallı açıqlamalar edib.
Unikal.org-un məlumatına görə, ifaçı 6/8 ritmində mahnı oxuyan ifaçıları qınayıb:
"İndi müğənnilər deyir, elə mahnı oxuyum ki, toyda qonaqlar oynasın. Sənətçilərimiz var ki, bir vaxtlar kimlərinsə yanında toyda oxuyan olublar. Mən sənətə toy sahəsindən gəlməmişəm. Bütün müğənnilərimiz 6/8 ritmində və popuri oxuyur ki, toya dəvət olunsunlar. Hamı toya oynamaq üçün gəlmir ki... Hər mahnıya oynamaq olmaz. İndi müğənnilərin canında "birdən oynamazlar qorxusu var. Xarici müğənnilər bizim toylara gələndə, belə şey düşünmürlər. Gəlib öz mahnılarını oxuyurlar, coşqu yaradırlar. Onlar sənət nümayiş etdirirlər".
E.Cəfərov meyxanaçıların mahnı oxumasını da pisləyib:
"Onlar zövqləri korladılar. Səhnədə küçə ab-havası səslənir. Səhnədə belə şeylər olmamalıdır. Belə ifaçıların videoları daha çox izlənir. İş görənlər isə kanarda qalır.