ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu ildekabrın 13-14-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılacağı ilə bağlıehtimallar bu gün 91%-ə yuksəlib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə "İnvesting.com" saytı məlumat yayıb. Ehtimallar keçən həftənin cümə günü, noyabrın 11-də 81,1%, noyabrın 8-də- ABŞ-da prezident seçkilərinə bir neçə gün qalmış isə 71,5% olub.
Qeyd edək ki, Donald Trampın prezident seçilməsi ilə bağlı nəticələr açıqlandıqda bu ehtimallar hətta qısamüddətli olaraq 54%-ə enib.
FES-in uçot dərəcəsini artırması ehtimallarının yüksəlməsi D.Trampın fiskal stimullaşdırma, infrastruktur xərclərinin artırılması ilə bağlı bəyanatları fonunda maliyyə vəsaitlərinə ehtiyacın yaranmasıvə nəticədə, faizlərin və inflyasiyanın artacağı gözləntiləri ilə əsaslandırılır.
Nəticədə, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik11,2 bənd artaraq 2,229%-ə, 30 illik -9,5 bənd artaraq 3,009%-ə, 2 illik istiqrazlar üzrə isə 6,9 bənd artaraq 0,976%-ə yüksəlib.
Xatırladaq ki, seçkilərə bir neçə gün qalmış ABŞ-da 10 illik istiqrazların faiz dərəcəsi1,8%-dən aşağı olub.