Müğənni Xatirə İslamın əri Fəxrəddin bəyin rütbəsi artıb.
Unkal.org- un məlumatına görə, sənətçi sosial şəbəkədə ailəsi ilə birlikdə şəklini paylaşaraq, həyat yoldaşını təbrik edib. Paylaşdığı fotonun altına izləyicilərin tənqid yazması, ifaçını əsəbiləşdirib.Xatirə İslam şəkli silərək, bundan sonra şəxsi həyatı ilə bağlı heç bir paylaşım etməyəcəyini bildirib:
"Dünən ailəmdə baş verən sevincli anları sizinlə paylaşdım. Buna sevinmək əvəzinə divar kağızını, yoldaşımın və övladımın geyimini müzakirə etdiniz. Bu səbəbdən şəxsi həyatım barədə az məlumat bilsəniz yaxşıdır.
Qeyd edək ki, ifaçının həyat yoldaşının rütbəsi mayor idi.