Hər iki ayağı amputasiya olunan xalq artisti Muxtar Maniyev həkim nəzarətində müalicəsini ev şəraitində davam etdirir.
Unikal.org-un publika.az-a istinadən xəbərinə görə, xalq artistinin oğlu Tural Maniyev atasının son günlər şəkərli diabetdən və təzyiq "oynamasından əziyyət çəkdiyini deyib:
"Atam mütəmadi həkim nəzarətindədir, onu dava-dərmanla saxlayırıq. Son vaxtlar havaların soyuması ilə əlaqədar səhhətində narahatlıqlar oldu. Şəkərli diabet və təzyiq "oynamasından əziyyət çəkdiyi üçün həkimlər ona müəyyən qadağalar qoyub. Deyirlər mütləq pəhriz saxlamalıdır. Əvvəllər buna o qədər də riayət etmədiyi üçün səhhətində müəyyən problemlər yaranmışdı. İndi pəhriz saxlayır. Allaha təvəkkül, həkimlər də, biz də əlimizdən gələni edirik ki, atam çox yaşasın.