Aktrisa və model Sevda Demirel "Renkli Sayfalar" verilişində həyatı ilə bağlı etiraflar edərək ağlayıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, işlədiyi hər yerdə əxlaqsız təkliflərlə qarşılaşdığını bildirib:
"16 yaşımdan bəri cinsi istismara məruz qalıram. Getdiyim hər yerdə ancaq belə təkliflər eşidirəm. Bir zamanlar sənətimə görə fotosessiya etdirmişdim. O fotoların peşəkar olduğunu düşünməyib "bu qadın mənim olmalıdır" inadı ilə prodüserlər, telekanal rəhbərləri mənim qarşımı kəsdilər. "Yox" dediyim kişilər mənim həyatımı məhv etdilər. Uzun zamandır bir şey etmirəm. Jurnalların üz qabığına çıxdığım zamanlarda iş səbəbi ilə məni çağırıb bambaşqa şeylər təklif edirdilər. Bu insanlardan mədəm bulanırdı artıq. Onlara görə mən "hə" deməliydim, çünki bikinili, açıq-saçıq fotolar çəkdirirdim. Bunun iş olduğunu anlamadırlar. ...Hazırda 44 yaşım, amma xalq məni heç zaman bağrına basmadı. Bu mənim üçün çox kədərlidir. Pis insan deyiləm, içimdə hər zaman sevgi var... Bir telekanalda idman xəbərlərini aparmağı təklif etdilər. Getdim, sevinmişdim. Sabahısı gün rəhbər işçilərdən biri zəng vurdu ki, "ikinci arvadım olarsan?" O adamla dost kimi idik. Evli və uşaqlı idi. Mesaj yazdım ki, "Sən də?".