Azərbaycanın avtomobilbazarında satış qiymətlərinin artım tendensiyası müşahidə olunur.Xüsusilə də, köhnə avtomobillərin qiymətində daha ciddiartım baş verib.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.
O deyib ki, bunun səbəbləri məlumdur: "İdxal azalıb, təklif azalıb, təklif məhdudlaşırsa, bazara çıxarmağa maşın yoxdursa, onun qiyməti də artmalıdır. Artım müxtəlif markalar üzrə fərqlidir. Təqribən qiyməti 10 min manatadək olan avtonəqliyyat vasitələrində 500-1 000 manat, 10-20 min manatlıq avtomobillərdə 1 500-2 000 manat artımı var".
Onun sözlərinə görə, maşın bazarında vəziyyət çox gərgindir: "Xüsusilə də nəzərə alsaq ki, maliyyə bazarında vəziyyət dəyişkəndir. Yəni, manatın dollara qarşı məzənnəsi çox tez-tez dəyişir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar da çətinlik çəkirlər. Təbii ki, onlar həm alıcı qismində çıxış edirlər, əvvəl alıb, sonra satırlar. Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".
R.Osmanlı gələcəklə bağlı proqnoz verməyin düzgün olmadığını deyib: "Proqnozlar bazarı bərbad vəziyyətə qoyur. Onun üçün də proqnoz verməyin tərəfdarı deyiləm".