"Birjaların Donald Tramp idarəçiliyinə verəcəyi reaksiya diqqətlə izlənilməlidir.
Unikal.org "APA-Economicsə istinadən xəbər verir ki, bunu Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Daniel Tarullo deyib.

Tarullo bildirib ki, FED pul siyasəti qərarlarını qısa müddətli birja əməliyyatlarına uyğun tənzimləməyəcək: "Buna baxmayaraq FED birjaların Trampın prezidentliyinə verəcəyi reaksiyanı yaxından izləyəcək.
Tarullo, həmçinin faiz dərəcələrinin artırılması məsələsinin uzadılmasının ölkə iqtisadiyyatı üçün "əlavə gərginlik yarada biləcəyinə eyham vurub. "Faiz dərəcələrinin artırılması əvvəlki dövrlə müqayisədə hal-hazırda daha realdır, - deyə Tarullo qeyd edib.