Məşhur müğənni Seda Sayan və Uğur Aslanın təqdim etdiyi izdivac proqramına qatılan Oksford Universitetin məzunu gəlin namizəd Tamilya artıq öz gələcək həyat yoldaşın da tapıb.
Unikal.org-un xəbərinə görə, Show TV ekranlarında yayımlanan 'Evleneceksen Gel' proqramına qatılaraq talibini axtaran 30 yaşındakı Tamilya adlı Oksford məzunu gəlin namizəd, gözəlliyiylə hər kəsi təsir etdi.
Gözləri qamaşdıran gəlin namizəd Azərbaycanlı müğənni, meyxanaçı Üzeyir Mehdizadənin "Gul Balam" mahınısı ilə Seda sayan gəlin namizədi səhnəyə dəvət edib.
Bir neçə gündür proqrama qatılan gəlin namizəd artıq İranlı talibinin çay içmək təklifini qəbul edib.