Martın
3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu
qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd
göstərib.
Müdafiə Nazirliyindən unikal.org-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən
qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra
düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək
istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.