Milli Məclisdə "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında" sənəd müzakirə olunub.

Unikal.org-un məlumatına görə, müzakirə zamanı sədr müavini Valeh Ələsgərov bu tip sənədlərin Azərbaycan dilinə çox bərbad tərcüməsindən, əksər hallarda əcnəbi sözlərin istifadəsindən şikayətlənib: "Dəfələrlə Milli Məclisə belə beynəlxalq sənədlər daxil olanda mənə elə gəlir ki, bunu tərcüməçi yox, kompüter tərcümə edib. Heç nə anlamaq olmur. Biz müstəqil dövlətik və müstəqil qanunvericiliyimiz var. Niyə axı öz dilimizə belə yanaşırıq?! Məsələn, preambula sözü bizə ruslardan gəlib. Məgər biz ruslara qədər yazıb oxumağı bilməmişik? Bir vaxtlar rus dilində danışmaq modda idi, indi də deyəsən, sənədləri əcnəbi dildə yazmaq moda düşüb. Bu, məni çox əsəbiləşdirir".

Sədr Oktay Əsədov isə bu işdə Xarici İşlər Nazirliyini qınayıb: "Dəfələrlə bu kimi sənədlər Xarici İşlər Nazirliyindən bizə gələndə irad bildiririk. Amma nəticəsi yoxdur. Hətta təklif etmişik ki, orada bəlkə bir tərcümə qrupu yaradılsın. On dəfə deməyimizə baxmayaraq, heç bir nəticə yoxdur".