Azərbaycanlı iş adamı Azad İsayev "İnterpol" xəttilə axtarışa verilib.

Unikal.org report-a istinadən xəbərinə görə, onun axtarışa verilməsinə səbəb kimi dələduzluq etməsi göstərilib.

"İnterpol"un məlumatlarında bildirilib ki, 5 iyul 1984-cü ildə anadan olmuş A.İsayev Azərbaycan, türk və rus dillərini bilir.

Qeyd edək ki, A.İsayev vaxtilə müğənni Röyanın yaxın dostu olub. O, müğənni Elnurun "Səni xatırladır", Şeron qrupunun "Sevmirəm daha", Zamiqin "Sonunu bilə-bilə", Elçin Şirinin (Cəfərov) "Sən demə", Röyanın "Sevgiyə bax", "Son görüş" ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir.

Bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, onun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.


Röyanın keçmiş dostu axtarışa verildi - Foto
Röyanın keçmiş dostu axtarışa verildi - Foto
Röyanın keçmiş dostu axtarışa verildi - Foto