Martın 4-nə keçən gecə Zərdab rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.
Unikal.org lent.az-a istinadən məlumatına görə, 1998-ci ilin 22
yanvar tarixində anadan olmuş Məmmədov Sərxan Arif oğlu sevdiyi qızdan
"yox" cavabı aldığı üçün həyatına qəsd edib.
18 yaşını yenicə
tamam etmiş Sərxan yaxın qohumlarından birinin qızını sevirmiş. O,
Qazaxıstanda yaşayan qızla mütəmadi əlaqə saxlayırmış və onunla
mesajlaşırmış. Qıza sevgisini elan edən gənc oğlan əsgərliyə yola düşmək
ərəfəsində ondan cavab almağa çalışırmış. Bu günlərdə həmin qızdan
"yox" cavabı alan S.Məmmədov dərin sarsıntı keçirib və intihar etmək
qərarına gəlib.
Dünən axşam ailə üzvləri evdə televizora
baxarkən S.Məmmədov həyətə düşüb və özünü talvardan asaraq intihar edib.
Gecə saatlarında onun yatağında olmadığını görən yaxınları həyətə
düşəndə dəhşətli mənzərə ilə üzləşiblər.
18 yaşlı Sərxan intihar
etməzdən əvvəl ailə üzvlərinə məktub yazıb. Yataq otağından tapılan
məktubda o, intiharına görə kimsənin günahkar olmadığını deyib və bir
xahişinin sevdiyi qızın valideynlərinə çatdırılmasını xahiş edib: "Xahiş
edirəm, onun valideynlərinə deyin ki, onu sevdiyi şəxsə versinlər,
sevmədiyi adamla evlənməyə məcbur etməsinlər".
Qeyd edək ki, S.Məmmədovun sevdiyi qıza yazdığı mesajlar da aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.