Federal Ehtiyatlar Sisteminin (FED) dekabr ayında keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını dəstəkləyirəm. İnflyasiyanın çox yüksələcəyini indidən söyləmək tezdir.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Seynt Luis ştatının Federal Ehtiyat Bankının prezidenti Ceyms Bullard deyib.
"Bazarlar hazırda dekabrda faiz artımını yüksək ehtimal kimi görür. Mən də buna müsbət baxmağa başlayıram. Məncə, 2017-ci ildə nə baş verəcəyini düşünmək lazımdır, - deyə C.Bullard qeyd edib.
C.Bullard deyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın siyasəti iqtisadiyyatı dəstəkləyəcək.