Martın 4-də saat 23.00 radələrində Saatlı rayonunun Smada kəndi ərazisində yerləşən fermanın balıqçılıq üçün nəzərdə tutulan süni gölündən 2 şəxsin meyiti tapılaraq çıxarılıb.

 

Unikal.org apa-ya istinadən xəbər verir ki, həmin şəxslər Quba rayonunun Xalaxudat kənd sakinləri, 1989-cu il təvəllüdlü Gülməliyev Süleyman Səttar oğlu və 1998-ci il təvəllüdlü Rəhimov Məhərrəm Zöhrab oğludur. Onların çoban olduqları bildirilir. Bu şəxslərin hansı şəraitdə suda boğulduqları istintaq tərəfindən araşdırılır.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.