Rusiyada 30 yaşlı "qanuni oğru" İrakli Cabua saxlanılıb.
Unikal.org xəbər verir ki, "oğru aləmi"ndə İrakli Rostovski kimi tanınan "qanuni oğru"nun üzərində qanunla qadağan olunan metadon həbləri aşkar edilib. Hazırda ona qarşı CM-nin 228-ci maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bir neçə dəfə həbs edilən "qanuni oğru" İrakli Cabua 2014-cü ildə Türkiyədə "sxodka"da taclandırılıb. Həmin mərasimdə Rövşən (Rövşən Lənkəranski), Dato Surqutlu, Adu, Kurşa, Çinka kimi "qanuni oğrular" iştirak edib. Bundan başqa İrakli ilə birgə Reziko, Ubivalo və Mixo da taclandırılıb. Lakin bəzi "xaç ata"ları onları "qanuni oğru" kimi qəbul etmir. Hətta buna görə, İrakli ilə Reziko ayrı-ayrılıqda döyülüblər.(azvision.az)