Fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub.
Unikal.org xəbər verir ki, xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev ANS-ə bu barədə açıqlama verib.
İfaçı qeyd edib ki, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İ.Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.
Xalq artisitinin miras davası demək olar ki, o, dünyasını dəyişən gündən başlayıb. Bir neçə gün öncə Ə.Mirəliyev ifaçının mirasının onun bacılarına çatmalı olduğunu demişdi.
"İndi isə Orxan deyir, miras mənə qalmalıdır. Niyə axı? Əgər sənin anandırsa, niyə yanında olmamısan? Necə olur İlhamə öləndən sonra onun maşınının açarını götürüb sürürsən? Niyə evinin açarlarını dəyişirsən? Orxanın o evə gediş-gəlişi olmayıb. Belə olmaz axı! Onun ata-bir bacıları var. Birinin adı İradə, digərininki isə Gülbahardır. Mən onun dayısının kürəkəniyəm, miras lazım deyil".
Qeyd ki, məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov da açıqlama verib. O, hazırda bu məsələ iləmaraqlanmadığını və yas saxladığını demişdi.
Xatırladaq ki,İlhamə Quliyeva 25 fevral səhər saatlarında vəfat edib. Ailəsi təcili tibbi yardım xidmətini çağırsa da, həkimlər onu xilas edə bilməyiblər. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Ə.Mirəliyevin qızı Samirənin verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi.