Martın 5- Azərbaycanın tanınmış alimi, «Şöhrət» ordenli ÇapaySultanovun doğum günüdürMineralogiya elmləri doktoru olanprofessorun 80 yaşı tamam olur.

 

Azərbaycan Elmlər Akademiyasında işlədiyi müddətdə Çapay Sultanov respublikanın iri neft və qazkondensat yataqlarının kəşf olunması və işlənməsində iştirak edib, onların istismarı üçün elmi əsaslar hazırlayıb. Onun «Neft» kitabı neft sahəsində çalışan insanların stolüstü kitabına çevrilib. Çapay Sutanov haqqında yazılan məqalələrdə rusiyalı satirik yazıçı Mixail Zadornovun maraqlı statı göstərilir: «Mən istənilən geosiyasi situasiyanı neft vasitəsilə izah etməyə çalışıram…»Yəqin ki, bu, həqiqətən də belədir. Hər bir halda bu da faktdır ki, Çapay Sultanov Azərbaycan prezidentlərinin hamısına qeyri-formal da olsa, məsləhətlər verib. Dənizdə neft və qaz yataqlarında olan təbii ehtiyatların hesablanması və rasional işlənməsinə görə Çapay Sultanov Azərbaycanın Dövlət Mükafatı ilə təltif edilib.

 

2011-ci ildə «Şöhrət» ordeni ilə təltif edilən alim son illərdə olduqcaməhsuldar çalışırOnun Azərbaycanda  ölkəmizin hüdudlarındankənarda onlarla kitabı nəşr edilib.

 

Bu sırada onun SSRİ-ni «Perestroyka» möhürü ilə darmadağın edən, Qanlı 20 Yanvar faciəsində birbaşa əli olan M.Qorbaçovun fəaliyyətinə həsr olunmuş «İblis damğalı…» kitabı qeyd etməyə dəyərHəmin kitabda Azərbaycanın 90-cı illərdə erməni-Azərbaycan qarşıdurması zamanı necə qəddar təzyiqlərə düçar olması göstərilib. Başda «İblis damğalı» – Mixail Qorbaçov olmaqla antiAzərbaycan yönümünün bütün «qəhrəmanları» ifşa edilib. Kitabın əsasını Azərbaycan üçün həmin dəhşətli illərdə yer almış real faktlar təşkil edir. Kitabda müəllif ürək yanğısı ilə deyir: «Azərbaycan 20 yanvar 1990-cı ildə olanları heç vaxt bağışlaya və ya onlara haqq qazandıra bilməz, bilməməlidir. Buna görə o zaman hakimiyyətdə olanlar cavab verməlidirlər… Qanlı yanvar faciəsində bilavasitə təqsirkar olan Qorbaçovu və onun komandasını beynəlxalq məhkəməyə vermək zərurəti çoxdan yetişib. Bunu günahsız qurbanların ruhları tələb edir…»

 

Çapay Sultanovun iki cilddən ibarət «Naşestvie», ingilis və türk dillərinə tərcümə olunmuş – «İmparatorluğun son darbesi», «The Last Blow From The Empire» kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanıb. Kitabda illər sonra 20 yanvar hadisələrinə yenidən baxan, onu təhlil edən müəllif faktlar əsasında M.Qorbaçovun Azərbaycan xalqına qarşı bədxah niyyətlərini, ümumiyyətlə, həmin dövrdə SSRİ-nin siyasi palitrasını açıqlamağa çalışıb.

 

«Vıstoəli  SSSR i Evropa protiv faşizma v sluçae poteri Bakinskoy nefti?» kitabı ingilis dilində «Would The Allies Have Won Without Baku Oil?» adı ilə böyük tirajla nəşr olunub. Kitabda Böyük Vətən Müharibəsi illərində dünyanın hegemon dövlətlərinə məğlubedilməz görünən faşizmə SSRİ-nin qalib gəlməsinin səbəbləri fakt və dəlillərlə izah olunub, müharibə dönəmində Bakı nefti olmadan SSRİ-nin Hitler ordusuna qalib gəlmə imkanalarının ümumiyyətlə mümkünsüz olduğu sübuta yetirilib.

 

Çapay Sultanovun digər kitabları da maraqla qarşılanmışhəm Azərbaycandahəm  onun hüdudlarından kənarda özünə böyükoxucu kütləsi toplamışdır.

 

Görkəmli alim həmçinin 16 il ərzində respublikanın Şahmat Federasiyasına rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRİ-nin Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi ittifaq respublikalarının şahmat federasiyaları arasında bölünsün. Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Bu sistemlə yaxından tanış olmaq üçün Bakıya məxsusi olaraq FİDE-nin prezidenti F.Kompamanes də səfər edib.

 

Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, «Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi» fəxri adları verilib, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub.1986-cı ilədə onu FİDE-nin iki komissiyasının üzvlüyünə seçiblər. Çapay Sultanov «O şaxmatax i tolğko…», «Skvoz prizmu şaxmat…» kitablarında Oxucularla özünün çoxillik təcrübəsini paylaşıb. Çapay Sultanovun fəaliyyəti demək olar ki, bütün sferaları əhatə edir. Onun araşdırmaları bu gün də tələbələr, aspirantlar üçün elmi əyani-vəsaitdir.

 

Tanınmış alimi 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirona uzun ömürcansağlığı  elmi fəaliyyətində yeni uğurlararzulayırıq.