Eşşək bütün dünyada zəhmət və əziyyət rəmzidir. Eşşəklərdən kənd təsərrüfatında, gündəlik həyatda yükdaşımaq üçün aktiv şəkildə istifadə edirlər.
Amma müşahidələr göstərir ki, dünyanın əksər ölkələri ilə müqayisədə Azərbaycanda uzunqulaqlara münasibət fərqlidir. Yəni bizdə eşşəklə daha acımasız rəftar olunur.
Bu gün bir sıra Azərbaycan kəndlərində uzunqulaqlar "kəndlinin ən yaxın köməkçiləridir" desək, yanılmarıq. Amma əksər hallarda bu heyvanlar istifadə yox, istismar olunur. Yəni yükdaşımada təkərli nəqliyyat vasitəsinin əlçatan olmadığını görən azərbaycanlı kəndli uzunqulağı həddindən artıq yükləməklə, normadan artıq istismar etməklə işini yola verməyə çalışır. Yazıq uzunqulaq sahibi onu hara sürürsə sürsün, nə qədər yükləyirsə yükləsin buna tabe olur.
Yeri gəlmişkən, eşşək heyvanlar arasında ən üzüyola, ən fağır canlı sayılır.
Kənd həyatındakı bütün yararlılığına, faydalılığına baxmayaraq, eşşək həm də Azərbaycan cəmiyyətdə insanların bir-birini təhqir etməsi üçün adından ən çox istifadə olunan heyvandır.
Necə deyərlər, bu heyvanları həm adı çıxıb, həm də canı...

Unikal.org Modern.az saytına istinadən xəbər verir ki, bu məsum heyvanın müxtəlif dünya ölkələrindəki fotolarını təqdim edir. Doğrudur, bəzi başqa ölkələrdə də eşşəklərin yükdaşımada istismarı halları var... Amma Azərbaycan da bu sıradadadır.


ABŞ eşşəyi

Almaniya eşşəyi

Norveç eşşəyi

Meksika eşşəyi

Argentina eşşəyi

Tibet eşşəyi

Özbəkistan eşşəyi

Türkiyə eşşəyi

İran eşşəyi

Fələstin eşşəyi

Nigeriya eşşəyi

Avstraliya eşşəyi

Vyetnam eşşəyi

Azərbaycan eşşəyi