Neftin dünya qiymətləri bazar ertəsi OPEK-ə daxil olan və olmayan ölkələrin "qara qızılın hasilatının məhdudlaşdırılması üzrə sazişi imzalamağa yaxın olmalarına dair ehtimallar fonunda 4 faizdən çox bahalaşıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə saat 21.16-ya olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan "Brent markalı neftin yanvar fyuçersləri 4,12% artaraq bir barelə görə 48,79 dollara çatıb. WTI makarlı neftin yanvar fyuçersləri isə 4,03% bahalaşıb və bir barel üçün 48,23 dollar təşkil edib.