Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8166 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,13% bahalaşaraq 0,0268 manat olub.