Aparılan yeni araşdırmalardan biri sübut edib ki, bir çox ölkələrin mədəniyyətində dodaqdan öpüşmə davranışı yoxdur. Heyvanlarda da belə bir davranışın olmadığı məlumdur. Elə isə ortaya maraqlı bir sual çıxır: öpüşmə necə yaranıb?
Unikal.org Aile.lent.az-a istinadən xarici KİV-ə öpüşmə haqqında yayımlanan maraqlı faktları təqdim edir.
Əslində, düşünəndə öpüşmək ilk baxışdan ilginc və bir az da iyrənc davranış kimi görünə bilər. Kobud desək, qarşınızdakı insanla uzun müddət tüpürcək mübadiləsi edirsiniz. Hətta araşdırmalar sübut edib ki, bir öpüşlə insana 80 milyon bakteriya keçə bilər. Lakin etiraf edək ki, hər kəs ilk öpüşməni detalları ilə xatırlayır. Yeni romantik əlaqələrin başlamasında öpüşmənin əhəmiyyətli yeri var. Bəzi cəmiyyətlərdə isə öpüşmə cütlüklərin münasibətində əhəmiyyətli dərəcədə mühüm rol oynayır.
Qərb cəmiyyəti və düşüncə tərzi romantik öpüşmənin universal bir insan davranışı olduğunu hesab edir. Hətta heyvanların bəzilərinin öpüşmə və öpüşməyə yaxın hərəkətlər etməsi də müşahidə olunub. Ancaq bu, bütün heyvanlara aid deyil. Fərqli mədəniyyətlərin bir çoxunda isə öpüşmə tamamilə yad, qəbuledilməz nadir bir davranış növüdür.
Belə olduqda bu maraqlı davranışın arxasında nə dayanır? Öpüşmənin açıqlaması nədir? Əgər faydalı bir şeydirsə, niyə bütün insanlar və heyvanlar öpüşmür?
Öpüşmək dünyəvi deyil
Bu mövzuda dünyanın müxtəlif yerlərində 168 fərqli mədəniyyət araşdırılıb və yalnız 46 faizində romantik öpüşmənin olduğu ortaya çıxıb. Əvvəlki təxminlərdə isə bu nisbət 90 faiz idi. Yeni araşdırmalar isə valideynlərin uşaqlarını öpməsini istisna etməklə, yalnız cütlüklər arasındakı dodaq-dodağa öpüşmə üzərində aparılıb.
Ovçuluq və toplayıcılıqla məşğul olan bir çox insan qruplarında öpüşmə hallarına rast gəlinməyib. Hətta bəzi cəmiyyətlər bu davranışı iyrənc adlandırıb. Məsələn, Braziliyadakı Mehinaku qəbiləsi öpüşmənin iyrənc olduğunu düşünür. Məlum olub ki, hələ də ibtidai həyat tərzi sürən qəbilələrdə bir-birlərini öpmürlər. Bununla da sübut edilib ki, hətta 21-ci əsrdə belə, öpüşmə dünyəvi davranış deyil.
Oksford Universitetinin mütəxəssisləri isə öpüşmənin son əsrlərin yeni tapıntısı olduğunu deyir. Öpüşmə zamanla nəsil dəyişmələri nəticəsində yaranıb. Öpüşmənin tarixi isə təxminən 3500 il əvvələ gedib çıxır. Öpüşmə haqqında ilk yazılar Hindi Vedic Sanskritdə çıxıb. Bu yazılarda öpüşmə insanların bir-birinin ruhunu içlərinə çəkməsi kimi izah edilir. Misir heroqriflərində isə insanların cismani və ruhən yaxınlığı dodaqlarını birləşdirmək yerinə, bir-birinə yaxın məsafədə durmaqları ilə təsvir edilir.
Bəs görəsən, bu, öpüşmənin təbii bir davranış qaydası olduğunu, sadəcə bəzi mədəniyyətlərin ondan imtina etdiyi anlamına gəlir? Yoxsa öpüşmə müasir insanların icad etdiyi bir davranış növüdür? Bu sualların cavabını heyvanlarla bağlı nümunələrə baxmaqla vermək olar.
Məməlilərin davranışı
İnsanın ən yaxın qohumu olan şimpanzelər və bonobo meymunları da öpüşür. Araşdırmalar şimpanzelər arasında öpüşmə və sarılma hallarına da tez-tez rast gəlindiyini sübut edib. Şimpanzelər üçün öpüşmə bir növ razılıq mənasını verir. Bonobolar isə daha tez və dillərini istifadə edərək öpüşür. Bu meymunların həyatında seks böyük bir yer tutduğu üçün öpüşmələri də təəccüblü deyil.
İki insan qarşılaşdıqda əl-ələ görüşürlər. Bonobolarda isə bu cür görüşmə seksə yönəlikdir. Yəni bu, onlar üçün qucaqlaşma kimi bir haldır. Digər yaxınlaşma cəhdlərində də seksdən istifadə edərlər. Yəni onların öpüşməsi də romantik deyil. Bu iki meymun növü istisna olmaqla digər heyvanların öpüşmədiyi məlumdur. Bunun yerinə bir-birlərinin burnuna, ya da üzünə sürtünə bilirlər, dodaqları olanlar belə dodaq-dodağa öpüşmürlər. Çünki buna ehtiyac duymurlar.
Yabanı erkək donuzlar kəskin qoxu ifraz edirlər və dişi donuzlar üçün bu, cazibədar hesab edilir. Bu qoxudakı feromon adı verilən kimyəvi maddə dişide cütləşməyə cəhd yaradır. Dişilik baxımından bu, yaxşı bir haldır. Çünki bu kimyəvi maddəyə ən çox sahib olan erkək çöl donuzunun məhsuldarlıq gücü də yüksək olur. Dişinin qoxu alma gücü o qədər güclüdür ki, öpüşəcək qədər yaxınlaşmaya ehtiyac qalmır. Digər məməlilərdə də eyni şey keçərlidir. Bir çox məməlilər də qarşı cinsdə həyəcan yaradan kimyəvi maddə ifraz edir.
Siçanların də bənzər kimyəvi izləri təqib etməsi genetik olaraq fərqli yoldaş tapmalarına kömək olur və beləcə, ensest riskini azaldaraq sağlam bala vermə şansını artırır. Heyvanlar bu qoxuları yaradan kimyəvi maddələri əsasən sidik yolu ilə ifraz edirlər. Beləcə, sidiyi iyləyərək uyğun yoldaş axtararlar.
Qoxu alma qabiliyyətinə malik olan yalnız məməlilər deyil. Erkək karadul hörümçəkləri dişilərin ac və ya tox olduğunu ifraz etdikləri qoxudan anlayır və onu yeməsin deyə yalnız tox olduğu zamanlarda onunla cütləşir. Qısası, heyvanların potensial yoldaşı iyləyərək tapmaları üçün bir-birlərinə yaxınlaşmalarına ehtiyac qalmır.
Bəlkə də buna görədir ki, insanların qoxu hiss etmə duyğuları çox inkişaf etmədiyi üçün bir-birinə yaxınlaşmaq məcburiyyətində qalırlar. Potensial yoldaşın nə qədər sağlam olduğunu anlamaq üçün qoxu ipucu olmamaqla yanaşı, yoldaş seçimində də böyük rol oynayır.
Öpüşərkən iyləmək
1995-ci ildə nəşr olunan bir araşdırmaya görə, eynilə siçanlar kimi, qadınlar da genetik olaraq özlərindən fərqli kişilərin qoxusuna üstünlük verirlər. Beləcə, fərqli genlərə sahib insanlar cütləşərək, sağlam bala əldə etmə ehtimalını artırmış olurlar. Tərəf müqabilinin genləri ilə bağlı nəsə öyrənməyin ən yaxşı yolu isə öpüşərkən iyləməkdir.
2013-cü ildə Amerikada öpüşmə zamanı daha çox nəyə üstünlük verildiyi araşdırılıb. Yüzlərlə insandan birini öpdükdə özünü necə hiss etdiyi soruşulub. Məlum olub ki, insanların çoxu qoxu hissini vacib hesab edir. Sirr deyil ki, hamilə və doğuşa hazırlaşan qadınlar üçün qoxu əhəmiyyətli dərəcədə rol oynayır. Kişilərin tərindəki bir maddə də eynilə çöl donuzlarında olduğu kimi qadınlarda cinsi istəyin artmasına səbəb olur.
Bazı mədəniyyətlərdə iyləmə davranışı fiziki dodaq kontaktına çevrilib. Özünüz üçün ən uyğun həyat yoldaşı tapmaq istəyirsinizsə, öpüşmə ilə yanaşı iyləməyə də üstünlük verməniz vacibdir. Öpüşmə yolu ilə keçəcək mikroblardan çəkinmək istəyirsinizsə iyləməklə, özünüzə uyğun yoldaş tapa bilərsiniz. Lakin bu zaman sizə baxan sual dolu baxışlardan çəkinməyin.