Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay şəhərindəki avtomobil yuyucusu mərkəzində qeydə alınıb.
Göyçay şəhərinin Vidadi küçəsindəki dalan 4, ev 6-da yaşayan 1980-ci il təvəllüdlü Məmmədov Elnur Adil oğlu avtomobil yuyarkən nasaz su motoru ilə ehtiyatsız davranıb və cərəyan onu vuraraq öldürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Elnur Məmmədovun meyiti müayinə üçün Respublika Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.