İsveçdə Liberal partiyanın gəncləri hüquqi abortda kişilərin də haqqı olmasını tələb edir.

Unikal.org lent.az-a istinadən məlumatına görə, onların tələbi təmin edilərsə, kişilər uşaqdan imtina etdikləri təqdirdə qadınlar uşaq dünyaya gətirə bilməyəcək. Belə ki, onlar hamiləliyin 18-ci həftəsinə qədər bu haqda qərar verməlidilər. İsveçdə hamiləliyin bu həftəsinə qədər abort etdirməyə icazə var.

Ata olmaq istəməyən kişilər partiyanın bu tələbini dəstəkləyirlər. Liberallar bu yolla kişi və qadınların hamiləlik zamanı hüquqları bərabərləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, İsveç qanunlarına görə İsveç kişilərinin uşağa aliment verməsi məcburi deyil. Aliment verməyən atanın uşaqla görüşməsi də mümkün deyil.