Xəbər verdiyimiz kimi, bu gün daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 24-ə çatıb.
Bankların dollar satışını azaltması "qara bazarı bir qədər də canlandırıb. Unikal.org bildirir ki, Fins.az-ın əldə etdiyi məlumata görə, bu saatlara qədər "qara bazarda 1 dollar 1,8050 manata alınır, 1,8200 manata satılır. Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,7830 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandirdığına görə, dollar axtaran vətəndaşlar, xüsusilə, iş adamları «qara bazar»a üz tutur. «Qara bazar»da avro da bahalaşıb. 1 Avropa valyutası 1,9200 manata satılır. Alışı isə 1,9000 manatdır.