Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 25-nə rəsmi məzənnəsini 1,7196 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən unikal.org-a verilən məlumata görə, bu, məzənnənin 0,25% yüksəlməsi deməkdir.

Qeyd edək ki, noyabrın 23-24-də isə rəsmi məzənnə 1,7146 AZN/USD olub.