Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% artaraq 1,7196 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,75 möhkəmlənərək 1,8176 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,12% ucuzlaşaraq 0,0266 manat olub.