Azərbaycanda ödəmə qabiliyyətini itirən (ÖQİ) sistem əhəmiyyətli banka 3 ay müddətində sağlamlaşdırılma metodları tətbiq edilə bilmədikdə maliyyə təşkilatı ilə bağlı restrukturizasiya tədbirləri görüləcək.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu, "Banklar haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsində sistem əhəmiyyətli bankların sağlamlaşdırılması ilə bağlı tədbirlər planının detalları əksini tapıb. "Tədbirlər planına ÖQİ bankın, səhmlərinin 75%-i dövlətə məxsus olan bankla birləşdirilməsi və ya bu cür dövlətə məxsus bank tərəfindən alınması, sonradan investora satılması şərti ilə ÖQİ bankın səhmlərinin 50%-dən çoxunun dövlətin mülkiyyətinə keçməsi və əlavə səhm emissiyası ilə dövlət vəsaiti hesabına bankın nizamnamə kapitalının artırılması, bankın səhmdarlarının yazılı razılığı ilə bankın idarə edilməsini öz əlində saxlamaq və sonradan öz iştirak payını bankın mövcud səhmdarlarına və ya bankın bütün səhmlərinin başqa bir investora satılması şərti ilə bankın səhmlərinin 50%-dən az hissəsinin dövlət tərəfindən alınması, bankın Maliyyə Bazarlarına Nəzarət Palatasının idarəçiliyinə verilməsi daxildir, - deyə layihədə bildirilir.