Oktyabrda "Füzuli Su Elektrik Stansiyasında (SES) 1,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Cari ilin 10 ayı ərzində isə 34,3 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon kilovat-saat artıqdır.
"Azərenerji ASC-nin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, ötən illərdə olduğu kimi, cari ilin 10 ayında da stansiyada elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilib.
Cari ilin son üç ayı ərzində stansiyada qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib.
Qeyd edək ki, ümumi gücü 25 MVt olan bu elektrik stansiyası 2012-ci ildə istismara verilib və 4 hidroturbindən ibarətdir.