Əməkdar artistFiruzə İbadovamərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüb.
Unikal.org axşam.az-a istinadən bildirir ki, müğənni mərhumun bütün var-dövlətini nəvəsi Ruslana vəsiyyət etdiyini bildirib:
"Onunla sonuncu görüşümüzdə evində qonaq olmuşdum. Qəfildən
dedi ki, "Ruslanım üçün burnumun ucu göynəyir. Nəyim var Ruslanımındır. Mən
ölüb gedəcəm, olan mirasım uşağıma, nəvəmə qalacaq".
Dedim ki, zəng vur gəlsinlər yanına. Cavab verdi ki, "Yox, anası işdə
olur, Orxan (oğlu Orxan Nadirov) da öz iş-gücündə. Bazar günü gələrlər".
F.İbadova mərhumun planlarından da bəhs edib:
"Hazırlaşırdı ki, Novruz bayramında Şəmkirə, əsgərləri ziyarətə getsin. Yeni mahnılar, duetlər yazdırmaq istəyirdi".
Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.