Ötən ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilən və bu il martın 1-dən qüvvəyə minən Yeni İnzibati Xətalar Məcəlləsində dərman qutusunun olmamasına görə sürücüləri 10 manat cərimə gözləyir.
Unikal.org Avtosfer.az-a istinadən verdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsində qeyd olunur ki, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə 10 manat miqdarında cərimə nəzərdə tutulur. Bundan əvvəl isə eyni xətaya görə 3 manatdan 5 manata qədər cərimə nəzərdə tutulurdu.
Qeyd edək ki, əvvəllər yol polisi əməkdaşları «apteçka»ya görə cərimə tətbiq etməyə o qədər də həvəsli olmasalar da, artıq son günlər dərman qutusu olmayan nəqliyyat vasitələrini idarə edən sürücülərin cərimələnməsi hallarına rast gəlinir.