"Sabina Parfumery&Cosmetics" mağazalar şəbəkəsində ətir və kosmetika vasitələrinin qiyməti bahalaşıb.
Unikal.org-un əməkdaşının apardığı araşdırmaya görə, mağazalar şəbəkəsi bütün məhsullarında 30 faiz bahalaşma müşahidə olunub.
"Sabina Parfumery&Cosmetics" mağazalar şəbəkəsində 100 millisi 271 manata satılan "Tom Ford ətri hazırda 327 manata satılır. Həmçinin 100 millisi 163 manata satılan "Bleu De Chanel" ətri hazırkı qiyməti 233 manata qalxıb.
Məsələ ilə bağlı unikal.org-a "Sabina Parfumery&Cosmetics" mağazalar şəbəkəsindən bildirilib ki, mağazalarda ətir və kosmetika vasitələrinin qiymətində 30 faiz artım ediblər.
Orxan Həsənli