Biləsuvarın icra başçısı internetdəki tərcümeyi-halındakı bəzi məlumatları silidirib
Biləsuvar rayon icra hakimiyyətinin başçsısı Mahir Quliyev özünə qarşı səslənən ittihamları cavablandırmaq əvəzinə, orijinal yol tapıb.
Belə ki, Mahir Quliyev indi də keçmişini danaraq, yaxasını kənara çəkmək istəyir. Məlumat üçün bildirək ki, Biləsuvarın icra başçısı 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə Bakı şəhərində "Naxçıvan" Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Bu məlumat vikipediya saytından götürülüb. Amma diqqətlə baxanda adicə, ali təhsili olmayan bir adamın qəfil icra başçısına çevrilməsi o qədər müəmmalı görünür ki, biz də bu qaranlığa işıq salmağa çalışdıq. Həmin tərcümeyi-halda daha maraqlı detallar yer alıb: "Mahir Quliyev 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, işləyib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə Səbail rayonunda (o zaman bu rayon "26 Bakı Komissarı" adlanırdı) İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib".
Unikal.orgun araşdırmasına görə, Mahir Quliyev artıq vikipediya saytındakı tərcümeyi-halını dəyişdirib. Belə ki, icra başçısı artıq kafe müdiri işləməsi ilə bağlı məqamları internetdən silidirib. Amma Mahir Quliyev anlamır ki, internetdən hansısa məlumatı sildirmək, insanın keçmişini dəyişmir.
Maraqlı məqamlardan biri də odur ki, Mahir Quliyev qəfil sehirli tramplinlə bələdiyyə sədrinin müavinliyindən Cənub bölgəsinin ən böyük ərazi vahidi olan Astara rayona icra başçısı təyin edilir. Buna onun qeyri-adi istedadı, biliyi səbəb oldu bəhanəsi gətrilə bilməz, çünki adam 42 yaşında ali təhsil alması haqqında diplomla təmin edilib. Uzun illər isə ancaq restoran-kafelərdə çalışıb.