Ötən il valideyn nəzarətindən, ictimai təsir vasitələrindən,
habelə pedoqoji mühitdən kənarlarda qalan, eləcə də müxtəlif qanun
pozuntularına görə polis orqnalarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə
3000, o cümlədən avadanlıq və dilənçiliklə məşğul olan 450 azyaşlı gətirilib, hər
biri barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il
üzrə hesabatında qeyd edilib.
Müəyyən edilmiş azyaşlıların 320 nəfəri polisdə
profilaktik qeydiyyata götürülüb, şəhər, rayon, icra hakimiyyətləri yanında
"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə"
komissiyalara 272 material göndərilib. Uşaqlara zəruri yardım, himayə və kömək
göstərilməsi üçün təlim-tərbiyə, səhiyyə, sosial-müdafiə, digər dövlət
strukturlarına 360 məlumat və müraciət ünvanlayıb.
Göstərilən dövrdə uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə
yetirməyən, onları avaralıq, dilənçiliyə cəlb edən 200 valideyn barəsində
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək,
məhkəmələrə və yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib.